• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşları fərdi şəkildə dinləyib


Dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir. 

Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Oktyabrın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarapapaq kənd sakini Hüseynov İsmi Sarı oğlunu övladı Aslan Hüseynovun işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşın oğluna onun ehtiyatda olan kadr kimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində növbədə olduğu izah edilib və boş vakant yer olan kimi dəvət ediləcəyi bildirilib. Eyni zamanda, vətəndaşın oğluna mühasibatlıq sertifikatı almağı tövsiyə edilib.



Facebook-da paylaş