• Təqvim

  • Maraq



Vətən müharibəsi iştirakçısından: “Biz müharibə iştirakçılarına göstərdiyiniz qayğıya, verdiyiniz dəyərə görə Sizə öz minnətdarlığımı bildirirəm”


Vətən müharibəsi iştirakçısından, 

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Biz müharibə iştirakçılarına göstərdiyiniz qayğıya, verdiyiniz dəyərə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Mən işsiz olduğum üçün özünüməşğulluq proqramına müraciət etdim və avtotəmizləmə xidmətləri üzrə avadanlıqlarla təmin olundum. Bu, Sizin bizə göstərdiyiniz qayğının bir nümunəsidir.

Əziz Prezidentimiz, Sizin müdrikliyiniz və yüksək idarəçilik bacarığınız sayəsində həm dövlətimiz, həm xalqımız saysız-hesabsız uğurlar əldə edir, narahatlıq doğuran məsələlər həll olunur.

Həyatınız daim firavan, uğurlarınız bol olsun!

Hörmətlə,

Məmmədov Mehman, Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Qazax şəhəri.

7 sentyabr 2023-cü il

https://president.az/az/articles/view/61003



Facebook-da paylaş