• Təqvim

  • Maraq



BDU-nun professor-müəllim heyəti Qazaxda Şəhidlər Xiyabanını ziyarət ediblər


Aprelin 19-da Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Universitetin professor-müəllim heyəti Qazaxda Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksini ziyarət ediblər.

Əbədi məşəl önünə gül dəstələri qoyulub, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.



Facebook-da paylaş