• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, inanıram ki, məhz Siz Azərbaycanı daha böyük uğurlara imza atdıracaqsınız”


Vəli Şəmilovdan, 

Çox hörmətli cənab Prezident.

Əvvəla Sizə, apardığınız bu uğurlu siyasətdə daha böyük uğurlar arzulayıram. İnanıram ki, məhz Siz Azərbaycanı daha böyük uğurlara imza atdıracaqsınız. Azərbaycanın günü-gündən çiçəklənməsi, iqtisadiyyatının inkişafı Sizin apardığınız siyasətin nəticəsidir.

Bütün bunlardan bizim Qazax rayonu da öz nəsibini almışdır. Bu gün Qazaxın inkişafı, gözəlləşməsi, parkların salınması, yolların çəkilməsi, şəhidlərin adlarına bulaqlar qurulması, müxtəlif kateqoriyalardan olan vətəndaşlar üçün binalar tikilməsi, əhalinin yaşayış şəraitinin və güzəranının yaxşılaşdırılması – bunların hamısı Sizin sayənizdədir.

Cənab Prezidentimiz, çox sağ olun ki, xalqımızın, millətimizin qayğısına qalırsınız. Sizə öz minnətdarlığımızı bildiririk.

Allah Sizi və sevdiklərinizi qorusun.

Hörmətlə,

Şəmilov Vəli

Azərbaycan Respublikası, Qazax rayonu, Aşağı Əskipara kəndi.

17 fevral 2023-cü il



Facebook-da paylaş