• Təqvim

  • Maraq



Qazax Rayon İcra Hakimiyyətində bu gün növbəti vətəndaş qəbulu olub


“Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”. Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikirlər onu deməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, bütün sahələrdə vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürmələri isə hər bir dövlət məmuru üçün örnəkdir. 

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir. Bu həftə ərzində müraciət etmiş daha 6 nəfər vətəndaşın istəyi dekabrın 9-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


“Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşa layiqli xidmət göstərmək, vətəndaş məmnunluğunu təmin etməkdir. Ən əsası da bunu hər an əməli işlərində göstərməlidir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.


"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakinləri Məhərrəmova Tərlan İsaxan qızının, şəhid anası Abbasova Gülsüm Abdulla qızının, Ağköynək kənd sakini İsrafilov Vüqar Əhməd oğlunun, Canalı kənd sakini Yusifova Nərmin Elşad qızının, Yuxarı Əskipara kənd sakini Həsənov Hafiz Zinhar oğlunun, Cəfərli kənd sakini Əsədov İbrahim Natiq oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib.

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların obyektinin arxasında yerləşən bağ sahəsinin sənədləşdirilməsində, yaşadığı evə telefon və internet xətlərinin çəkilməsində köməklik göstərilməsi barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş