• Təqvim

  • Unutma

  • Maraq



2022-ci ilin noyabr ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki


Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından etibarən Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə bərpa edilən səyyar qəbullar da bu məqsədə xidmət edir.

Cari ilin martın 3-dən başlayaraq həftədə 1 dəfə olmaqla, Quşçu Ayrım, Qarapapaq, Ağköynək, Çaylı, İkinci Şıxlı, Alpout, Yuxarı Salahlı, Kosalar, Birinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Cəfərli, Aslanbəyli, Hüseynbəyli, Orta Salahlı, Ürkməzli, Canalı, Qaymaqlı, Abbasbəyli, Bala Cəfərli, Qazaxbəyli, Bala Çaylı, Fərəhli, Məzəm kəndləri, şəhərin Bakı küçəsində yaşayan 1,2,2A saylı, N.Nərimanov qəsəbəsində 49,1,2,3 saylı, Ə.Şıxlinski küçəsində 4,5 saylı binaların sakinləri olmaqla, ümumilikdə 34 səyyar qəbul keçirilib. 

2022-ci ilin noyabr ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Daş Salahlı kəndi

A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəb

03.11.2022

2

Birinci Şıxlı kəndi 

Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəb

10.11.2022

3

Dəmirçilər kəndi

Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəb

17.11.2022

4

Hüseynbəyli kəndi

Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəb

24.11.2022

GOYEZEN.AZ



Facebook-da paylaş