• Təqvim

  • Unutma

  • Maraq



2022-ci ilin avqust ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki


Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə özünü aydın şəkildə göstərir. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından etibarən Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə bərpa edilən səyyar qəbullar da bu məqsədə xidmət edir.

Cari ilin martın 3-dən başlayaraq həftədə 1 dəfə olmaqla, Quşçu Ayrım, Qarapapaq, Ağköynək, Çaylı, İkinci Şıxlı, Alpout, Yuxarı Salahlı, Kosalar, Birinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Cəfərli, Aslanbəyli, Hüseynbəyli, Orta Salahlı, Ürkməzli, Canalı, Qaymaqlı kəndləri üzrə 21 səyyar qəbul keçirilib. 

2022-ci ilin avqust ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

İnzibati Ərazi Dairəsinin adı

Yaşayış məntəqəsinin adı

Ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Alpout

Abbasbəyli

Abbasbəyli kənd ibtidai məktəbin həyəti

04.08.2022

2

Cəfərli

Bala Cəfərli

Bala Cəfərli kənd ibtidai məktəbin həyəti

11.08.2022

3

Qazax şəhər İƏD

Qazax şəhəri

Qazax şəhəri, Bakı küçəsi 1 saylı binanın həyəti

18.08.2022

4

Orta Salahlı 

Qazaxbəyli 

Qazaxbəyli kənd tam orta məktəbin həyəti

25.08.2022

 GOYEZEN.AZ



Facebook-da paylaş