2022-ci ilin iyul ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə özünü aydın şəkildə göstərir. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından etibarən Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə bərpa edilən səyyar qəbullar da bu məqsədə xidmət edir.
Martın 3-dən başlayaraq həftədə 1 dəfə olmaqla, Quşçu Ayrım, Qarapapaq, Ağköynək, Çaylı, İkinci Şıxlı, Alpout, Yuxarı Salahlı, Kosalar, Birinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Cəfərli, Aslanbəyli kəndləri üzrə 16 səyyar qəbul keçirilib.
2022-ci ilin iyul ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:
Facebook-da paylaş