• Təqvim

  • Unutma

  • Maraq



2022-ci ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki


Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızda yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından etibarən Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə bərpa edilən səyyar qəbullar da bu məqsədə xidmət edir.

Cari ilin martın 3-dən başlayaraq həftədə 1 dəfə olmaqla, Quşçu Ayrım, Qarapapaq, Ağköynək, Çaylı, İkinci Şıxlı, Alpout, Yuxarı Salahlı, Kosalar, Birinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Cəfərli, Aslanbəyli, Hüseynbəyli, Orta Salahlı, Ürkməzli, Canalı, Qaymaqlı, Abbasbəyli, Bala Cəfərli, Qazaxbəyli, Bala Çaylı, Fərəhli, Məzəm kəndləri, şəhərin Bakı küçəsində yaşayan 1,2,2A saylı, N.Nərimanov qəsəbəsində 49,1,2,3 saylı, Ə.Şıxlinski küçəsində 4,5 saylı binaların sakinləri olmaqla, ümumilikdə 30 səyyar qəbul keçirilib. 

2022-ci ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Ünvan

Qəbulun keçiriləcəyi tarix

1

İkinci Şıxlı kəndi

V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəb

10.10.2022

2

Yuxarı Salahlı kəndi

Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəb

13.10.2022

3

Çaylı kəndi

E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəb

20.10.2022

4

Aşağı Salahlı kəndi

Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasının həyəti

27.10.2022



Facebook-da paylaş