Millət vəkili Səməd Seyidov “Hacı Mahmud Əfəndi” Məscidini ziyarət edib
Oktyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov Aslanbəyli kənd “Hacı Mahmud Əfəndi” Məscidini ziyarət ediblər. Məsciddə görülməsi nəzərdə tutulan işlərlə yerində tanış olublar.
Aslanbəyli kənd “Hacı Mahmud Əfəndi” Məscidi dini icmasının sədri Asif Seyidov millət vəkilini və rayon rəhbərliyini salamlayıb, rəhbərlik etdiyi müqəddəs məkanda görməkdən məmnunluğunu ifadə edib. A.Seyidov icma üzvləri tərəfindən məscidə müasir istilik sistemi çəkildiyini qeyd edib. Həmçinin, məsciddə aparılacaq abadlıq işlərində göstərdikləri dəstəyə görə millət vəkilinə və rayon rəhbərliyinə kənd sakinləri, eləcə də icma üzvləri adından minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş