• Təqvim

  • Maraq



Qazax RİH-də bu gün növbəti vətəndaş qəbulu olub


Ölkə Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuru üçün öz fəaliyyətində yol xəritəsidir. Dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman öz əksini tapır. 

Ölkə rəhbərinin səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri bir daha onu göstərir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir. 

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha 6 nəfər vətəndaşın istəyi sentyabrın 16-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


“Dövlət məmuru olaraq bizim işimiz vətəndaş məmnunluğunu təmin etmək, onlara layiqli xidmət göstərməkdir. Bunu əməli işlərimizlə göstərməliyik”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş məmnunluğunu təmin etməyin hər kəsin borcu olduğunu bildirib. İcra başçısı bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edərək vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakinləri Rəhimova Sənəm Yolçu qızının, Əliyeva Rəna Məmməd qızının, Əliyev Bəxtiyar Hüseyn oğlunun, Qazaxbəyli kənd sakini Kərimov Rizvan Temraz oğlunun, Aslanbəyli kənd sakini, şəhid atası Məmmədov Əhməd Həmzə oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib. Vətəndaşların evinin təmir edilməsində, evinin tikilməsində, özünüməşğulluq proqramına cəlb edilməsində köməklik göstərilməsi, digər müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş