İcra başçısı vətəndaşları müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, diqqət onu söyləməyə əsas verir ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət siyasətinin ana xəttini təşkil edir. Eyni zamanda, bütün işlərdə vətəndaş amilinin əsas götürülməsi hər bir dövlət məmuru üçün örnəkdir. Bu, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrdə də öz əksini tapır.
Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Avqustun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı istəklərinə əsasən fərdi şəkildə qəbul edib.
Qazax şəhər sakini Nəsibova Sevda Akif qızının, Canalı kənd sakinləri Novruzov Mahir Fariz oğlunun, Nəsibova Səmra Yaşar qızının, Aşağı Əskipara kənd sakini İsmayılova Tamella Ehtibar qızının müxtəlif məzmunlu müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin edilmələrinə köməklik göstərilməsi, eləcə də digər məzmunlu istəkləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş