• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin dünya səviyyəsində apardığınız uğurlu və müdrik siyasətinizin nəticəsi kimi, bu gün dövlətimiz inkişaf edir və qüdrətli dövlətə çevrilib”


İlham Musayevdən, 

Hörmətli cənab Prezident.

Sizin dünya səviyyəsində apardığınız uğurlu və müdrik siyasətinizin nəticəsi kimi, bu gün dövlətimiz inkişaf edir və qüdrətli dövlətə çevrilib. Ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işləri bölgələrdə də özünü göstərir, əhalinin rifah halının yaxşılaşdırılması və sosial problemlərin həlli istiqamətində mühüm işlər görülür.

Bu gün Qazax rayonunda Sizin rəhbərliyinizlə aparılan tikinti-quruculuq işləri, həmçinin kənd təsərrüfatı sahəsində qazanılan uğurlar ildən-ilə artır. Sevindirici hallardan biri də odur ki, dünyada böyük su qıtlığı yaşansa da bizim rayonda bu problemlər vaxtında həll olunur. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı və aqrar sahəyə vətəndaşların marağı daha da artmışdır.

Başlanğıcını Xram çayından götürən “Şıxlı” arxı təbii fəlakətlər nəticəsində dağılsa da, qısa müddət ərzində bərpa olundu, sakinlərin pay torpaqları mövsümü xarakterli suvarma ilə təmin olundular. İkinci Şıxlı kənd sakinlərinə göstərilən diqqət və qayğı üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Vətənimizin çiçəklənməsinə və inkişafı naminə fəaliyyətinizə, əhalinin maddi rifah halını yüksəltdiyinizə görə də sakinlər adından Sizə minnətdarlığımı bildirir, şərəfli işinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Musayev İlham Səməndər oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, İkinci Şıxlı kəndi

29 iyul 2022-ci il



Facebook-da paylaş