• Təqvim

  • Maraq



İcra başçısı müraciətlərinə əsasən fərdi şəkildə görüşmək istəyən vətəndaşları qəbul edib


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə vətəndaşlara göstərdikləri qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdikləri tapşırıq və tövsiyələr onu deməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Eyni zamanda, bu amil hər bir dövlət məmuru üçün örnəkdir.  

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.  


İyulun 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

Rəqəmsal İcra Hakimiyyətləri İnformasiya Sisteminə elektron qaydada müraciət etmiş Ağköynək kənd sakini, 2-ci dərəcəli Qarabağ müharibəsi əlili Süleymanov Şahlar Ələddin oğlunun müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində RİH başçısı aparatında mənzil uçotuna alınması ilə bağlı istəyini dinləyən rayon rəhbəri müraciətinin müsbət həll edildiyini, mənzil növbəsinə qeydiyyata alındığını və bununla bağlı müvafiq Sərəncam imzalandığını bildirib. 

Qazax şəhər sakini, şəhid ailəsi Hacıyeva Sarabəyim Əhəd qızının və Qaymaqlı kənd sakini Vəliyev Vəli Cəlal oğlunun müxtəlif məzmunlu müraciətləri də dinlənilərək müvafiq olaraq cavablandırılıb.


GOYEZEN.AZ



Facebook-da paylaş