• Təqvim

  • Maraq



Həftə ərzində müraciət etmiş vətəndaşlar ümumi şəkildə qəbul edilib


Bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı hər bir dövlət məmuru üçün örnək olmalıdır. Ölkəmizdə dövlət siyasətinin əsasında dayanan vətəndaş amili, vətəndaş məmnunluğu bütün sahələrdə əsas götürülməlidir.  

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha 13 nəfər vətəndaşın istəyi iyulun 8-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


Ölkə rəhbərinin vətəndaşlara olan qayğısından danışan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını vətəndaşlara olduğu kimi çatdırmağın, vətəndaş məmnunluğunu təmin etməyin hər bir dövlət məmurunun vəzifə borcu olduğunu qeyd edib. İcra başçısı bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.  

 

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru birmənalı şəkildə bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakinləri Musayeva Kamalə Yunis qızının, Əliyev İlqar Fəxrəddin oğlunun, Zeynalov Cahangir Gülməmməd oğlunun, Əliyev Fəxrəddin Əli oğlunun, Əliyeva Şövkət İsgəndər qızının, Nəsibova Qızlarağası Rəhim qızının, Davidova Fərqanə Yolçu qızının, Əliyeva Gülbəniz Bəhram qızının, Əliyeva Göyərçin Musa qızının, Məmmədov Fəqan Asif oğlunun, Bakı şəhərində yaşayan Rüstəmov Maqsud Məhəmməd oğlunun, Xanlıqlar kənd sakini Qədimova Sevil Namaz qızının, Canalı kənd sakini Hacıməmmədov Kamil Elşad oğlunun, Aşağı Salahlı kənd sakini Salmanova Tükazban Abdulla qızının, Daş Salahlı kənd sakinləri Məşədiyev Samir Röşən oğlunun, Məşədiyev Rəfail Arif oğlunun, Ağköynək kənd sakini Süleymanova Səməngül Tağı qızının, Cəfərli kənd sakini Rəhimli Aysel Paşa qızının, Çaylı kənd sakinləri Bənnayev Elşad Yolçu oğlunun, Xamoyev İlham Mirzə oğlunun müxtəlif səpkili müraciətləri dinlənilib. 

Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların yaşadıqları əraziyə asfalt vurulması və küçənin işıqlandırılması barədə müraciətlərinə cavab olaraq yaşadıqları küçənin asfaltlanmasının nəzərdə tutulduğu və gələcəkdə asfaltlanacağı, küçələrinin işıqlanmasının cari ilin sentyabr ayından sonra başlanacağı bildirilib. Əmək müqaviləsinin uzadılmasında köməklik göstərilməsi, təsərrüfat sahəsində elektrik xəttinin kəsilməsi, eləcə də digər müxtəlif səpkili müraciətlər isə müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.














GOYEZEN.AZ



Facebook-da paylaş