• Təqvim

  • Maraq



Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib


Bu gün əminliklə qeyd edə bilərik ki, cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə vətəndaşlara göstərilən qayğı, diqqət bütün sahələrdə özünü göstərir. Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, vətəndaş məmnunluğu bu gün hər bir dövlət məmuru üçün nümunədir. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğu dayanır. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Bu gün Qazaxda ölkə Prezidenti, eləcə də rayon rəhbərliyi tərəfindən vətəndaş amilinin əsas götürülməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olar. 

Ötən həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 12-sinə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 272 nəfər vətəndaş qəbul edilib. Onlardan 135 nəfərin müraciəti müsbət həll olunub, 137 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 83 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 58 nəfərin istəyi müsbət həll edilib, 25 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. 


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 123 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 47 nəfərin istəyi müsbət həll edilib, 76 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 4 nəfər vətəndaş işlə təmin olunması ilə bağlı müraciət edib ki, onlara qanunamüvafiq qaydada cavab verilib. 
"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına 3 nəfər vətəndaş telefon xəttinin çəkilməsi ilə bağlı müraciət edib ki, xətt çəkilərək hər üç müraciət müsbət həllini tapıb. Onu da qeyd edək ki, müraciəti müsbət həll olunmuş vətəndaşlardan bir nəfəri Vətən müharibəsi əlili Nəzərov Turac Məmmədalı oğludur.

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın adına göndərilmiş pul vəsaitinin saxlancdan çıxarılması ilə bağlı müraciəti də müsbət həll olunub.  

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 7 nəfər vətəndaşın su sayğacı və su xətti ilə bağlı məsələsi müsbət həll edilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə ölmüş heyvanı ilə bağlı müraciət etmiş 1 nəfər vətəndaşın istəyi təmin edilib. 

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində subsidiyanın köçməməsi barədə 3 nəfər vətəndaşın müraciəti dinlənilərək onlara qanunamüvafiq izahat verilib. Vətəndaşlara əmək idarəsinin sənədi ilə dövlət aktında fərq olduğu üçün torpaq sənədi yoxlanılaraq subsidiyanın mərhələli şəkildə köçürüləcəyi bildirilib. 

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində 4 nəfər vətəndaş müayinə və xəstəlikə bağlı müraciət edib ki, istəkləri təmin olunub. 

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 16 nəfər vətəndaş müraciət edib. Onlardan 10 nəfər xəstəliklə, 3 nəfər arayışla, 2 nəfər imtiyazlı qrupa aid dərmanlarla, 1 nəfər HKM-nın xəstəliklə bağlı qərarının ali təhsil aldığı müəssisəyə təqdim edilməsi ilə bağlı müraciət etdiyini bildirib. 12 nəfərin müraciəti yerində həll edilib, 4 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb. 

Qazax Elektrik Şəbəkəsinə həftə ərzində əsasən ad dəyişmə, işə qəbul, işıq sərfiyyatına görə borcun araşdırılması, elektrik gərginliyinin zəif olması ilə bağlı 24 nəfər vətəndaş müraciət edib. Müraciətlər yerində araşdırılıb. 

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə sayğacın yoxlanılması, abonentin passivdən aktivə keçirilməsi, debitor borc barədə 3 nəfər vətəndaş müraciət edib. Onlardan 2 nəfərin müraciəti müsbət həllini tapıb, 1 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcu olmalıdır. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır. 

GOYEZEN.AZ




Facebook-da paylaş