Qazaxda Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri yad olunub
Azərbaycan
xalqının yaddaşına, hərb tariximizə qızıl hərflərlə yazılan 2020-ci il illər
ötsə, qərinələr dolansa belə tarixi Qələbənin, şanlı Zəfərin yazıldığı bir il
kimi hər zaman qürurla xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında
rəşadətli ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızı
işğaldan azad etməklə böyük Qələbə əldə etdi. Xalq olaraq qazandığımız bütün bu
tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə
ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən
uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə
bir ömür boyu minnətdar olacağıq. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən
uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə
ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizlərin
üzərinə düşən ən ümdə işdir. 30 illik həsrətdən sonra düşmən tapdağında olan
torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən
olduğu kimi, Qazaxın da igid, mərd oğulları döyüşdə əsl qəhrəmanlıq göstərərək
Şəhidlik zirvəsinə yüksəldilər. Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən 44
günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran
igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən
oğullarımız, onların ailələri daim yad olunur. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə,
qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu
gün də əsirgəmir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi
əlillərinə, onların ailələrinə göstərdikləri diqqəti iş fəaliyyətinin əsas
hissəsi hesab edir. Əlamətdar günlərdə şəhidlərimizi və ailələrini yad edən
rayon rəhbəri ənənəsinə sadiq qalaraq Qurban bayramı ərəfəsində 44 günlük Vətən
müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib,
onların əziz xatirələrini ehtiramla anıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının
məsul işçiləri ilə birlikdə bu dəfə Vətən müharibəsində iştirak edən Qazax rayonunun Cəfərli, Xanlıqlar, Sofulu,
Aşağı Əskipara, Ağköynək, Qarapapaq kəndlərindən və şəhərdən olan şəhidlərimizin
məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman
oğullarımızın məzarlarını ziyarət edən icra başçısı Vətən uğrunda canından
keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına
dua oxunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan
oğullarımızın, şəhidlərimizin, qazilərimizin bu gün hər kəsin fəxr, qürur yeri
olduğunu bildirib. Müstəqil Azərbaycan dövləti, xalqımız var olduqca
şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin
adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər
birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. "Bu gün özümə borc bildim ki, Qurban bayramı
ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az
da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də
bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid
ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini
söyləyib. Şəhid gizir Amid Məmmədovun atası
Müqabil Məmmədov, baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov hər zaman şəhid ailələrinə göstərilən diqqətə, qayğıya
görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum
günlərində, əlamətdar günlərdə, bayramlarda unudulmamasını, yad olunmasını
razılıq hissi ilə qarşılayıblar. Övladlarının adlarının yaşadılması
istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon
rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani
sübutu kimi dəyərləndiriblər. Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin
azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "İgidliyə
görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kənd
sakini, şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun məzarı Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə
görə”, "Füzulinin azad olunmasına görə”
medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev
Timur Nurəddin oğlunun məzarı Xanlıqlar kəndinin igid oğlu şəhid Mərdanov
Məmməd Ələddin oğlunun məzarı Ölümündən sonra "Vətən
uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın
azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş,
Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun məzarı Ölümündən
sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə
görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif
olunmuş, Xanlıqlar kənd sakini, şəhid leytenant Həməşəyev Qismət Oruc oğlunun məzarı Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın
azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar
kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun məzarı Ölümündən sonra "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin
azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kənd sakini, şəhid gizir İsmayılov
Tahir Niyazi oğlunun məzarı Ölümündən
sonra 3-cü dərəcəli "Rəşadət”
ordeni, "Vətən
uğrunda”, "Suqovuşanın azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı
Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun məzarı Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə
görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı
Əskipara kənd sakini, şəhid (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun məzarı Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid
çavuş Nəsibov Elməddin Yusif oğlunun məzarı Ağköynək kəndinin şəhid övladı kiçik çavuş Qaragözov
Alıxan Əkbər oğlunun məzarı Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni,
"Vətən uğrunda”, "Xocavəndin
azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları
ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin
Vaqif oğlunun məzarı Ölümündən sonra "Vətən
uğrunda”, "Kəlbəcərin
azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir
Abdullayev Sərxan Elxan oğlunun məzarı GOYEZEN.AZ
Ölümündən sonra
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad
olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlunun
məzarı
Facebook-da paylaş