Qazaxda icra başçısı Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərini yad etdi
Azərbaycan
xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin,
Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ili qüdrətli Azərbaycan
dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsində əldə etdiyi
böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli
ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu
gün də böyük qürur hissi ilə xatırlayır. Müasir tariximizə qızıl hərflərlə
yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla
danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi
ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali
Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan
Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən
qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə bir ömür boyu minnətdar olacağıq. Eyni
zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin
adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib
çıxmaq, onları daim yad etmək bizlərin üzərinə düşən ən ümdə işdir. 30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan
torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən
olduğu kimi, Qazaxın igid, mərd oğulları da döyüşdə əsl qəhrəmanlıq göstərərək
uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər. Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44
günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran
igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və
qızlarımız, onların ailələri daim yad olunur. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə,
qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu
gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi
əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını iş fəaliyyətinin
əsas hissəsi hesab edir. Əlamətdar günlərdə şəhidlərimizi və ailələrini yad
edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq Novruz bayramı ərəfəsində 44 günlük Vətən
müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz
xatirələrini ehtiramla anıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə
Vətən müharibəsində iştirak edən Qazax rayonunun Qaymaqlı, Aslanbəyli,
Yuxarı Salahlı, Orta Salahlı, Daş Salahlı, Dəmirçilər və Xanlıqlar kəndlərindən olan şəhidlərimizin
məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman
oğullarımızın məzarlarına tər qərənfillər düzərək Vətən uğrunda canından keçən
bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən torpaqlarının
ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar
oxunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cənab Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan
oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini,
qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca
şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin
adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər
birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. "Bu gün özümə borc bildim ki, bayram ərəfəsində
şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa
qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş
olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə
göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının
doğum günlərində, əlamətdar günlərdə yad olunmasını razılıq hissi ilə
qarşılayıblar. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün
işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların
ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər. "Vətən
uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına
görə”, "Qubadlının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun məzarı Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin
azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları
ilə təltif olunmuş Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan
İslam oğlunun məzarı "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd
sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun məzarı "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd
sakini, şəhid əsgər Abdullayev Taleh Temraz oğlunun məzarı "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid leytenant Bayramlı Elmar İsa oğlunun məzarı 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid mayor Əhmədov Namiq
Hajan oğlunun məzarı Yuxarı
Salahlı kənd sakini, şəhid gizir Abdullayev Hafiz Məhəd oğlunun məzarı "Vətən uğrunda” və "Laçının azad olunmasına görə” medalları
ilə təltif olunmuş Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun məzarı "Vətən uğrunda”, "Şuşanın azad
olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Daş Salahlı kənd
sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun və şəhid əsgər Süleymanov Süleyman Elçin oğlunun məzarları "Vətən
uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları
ilə təltif olunmuş Dəmirçilər kənd sakini, şəhid
gizir Məmmədov Turan Nadir oğlunun, "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Xocavəndin
azad olunmasına görə” medalları ilə təltif olunmuş Dəmirçilər kənd
sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun məzarları "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları
ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun
məzarı GOYEZEN.AZ
Facebook-da paylaş