Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları və millət vəkili Səməd Seyidovun köməkçisi bayram ərəfəsində Vətən müharibəsi şəhidlərinin övladlarına baş çəkiblər
Cənab Prezident, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan
Azərbaycanın haqq savaşı, Vətən
müharibəsi 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Elə bir tarixi
Qələbə ki, biz xalq olaraq şanlı
Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı
qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri
ilə o qələbənin anbaan şahidi olduq, izlədik və
daim qürur duyduq. Fəxrlə söylədiyimiz, illər ötsə belə söyləyəcəyimiz bir
həqiqət var ki, o da bu tarixi qələbəni bizlərə bəxş edən şəxsin tarixi
şəxsiyyət, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin olmasıdır. Bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh,
qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər
və zabitləri, hərbçiləridir. Azərbaycanın
Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad
olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında iştirak edən igid Vətən oğullarına, canından keçən şəhidlərimizə, yaralı qazilərimizə, onların ailələrinə daim qayğı
göstərmək hər birimizin borcudur. Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar
Quluyeva, Teybə Hüseynova və Milli Məclisin deputatı Səməd
Seyidovun köməkçisi Akif Əmirov 31 Dekabr –
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Vətən
müharibəsi şəhidlərinin övladlarına baş çəkiblər. Qazax
şəhərində, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı və Ürkməzli kəndlərində olub, bayram hədiyyələri
təqdim ediblər. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Milli Məclisin deputatı Səməd Seyidovun səmimi
təbriklərini, ürək sözlərini çatdıran əməkdaşlar şəhidlərimizin əziz xatirəsini
dərin ehtiramla yad edib, övladlarını sevindiriblər. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə
göstərdiyi diqqət və qayğını qeyd edərək dövlətin hər zaman onların yanında
olduğunu diqqətə çatdırıblar. Bugünkü ziyarətin də həmin diqqət və qayğının bariz
nümunəsi olduğunu bildiriblər. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin
xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi
yaşayacaqlarını söyləyiblər. Onlara göstərilən diqqətə, qayğıya, səmimi münasibətə
görə razılıqlarını bildirən şəhid ailələri ölkə Prezidenti cənab İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Bugünkü
ziyarəti də dövlətin və ölkə rəhbərinin növbəti qayğısı kimi hiss etdiklərini
dilə gətiriblər. "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin
azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları
ilə təltif olunmuş Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan
İslam oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları
ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun
ailəsi
"Vətən uğrunda”, "İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı
kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun ailəsi
"Vətən uğrunda”, "Cəbrayılın
azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Laçının azad
olunmasına görə” və "Hərbi xidmətlərə
görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı
kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlunun ailəsi "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları
ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur
Zaur oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun ailəsi
"Qarabağ” ordeni, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə
təltif olunmuş Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlunun
ailəsi GOYEZEN.AZ
Facebook-da paylaş