Millət vəkili Səməd Seyidov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidlərinin evlərində olub, onların qayğıları ilə maraqlanıblar
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında
olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın
27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları
uğurla başa çatdı və Azərbaycan tarixi Qələbəyə imza atdı. 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu
sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq
işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, düşmənin bu illər
ərzində yaratdığı "yenilməzlik” mifologiyasını da darmadağın etdi. Şanlı
Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları döyüş
meydanında göstərdikləri şücaətlə Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və
nida işarəsi” devizini 44 günün ərzində reallığa çevirdilər. Qazandığımız böyük
Qələbə ilə bütün dünyaya bir daha sübut etdik ki, doğurdan da "Qarabağ Azərbaycandır!”.
Azərbaycan qüdrətli dövlətdir və istənilən əməliyyatın öhdəsindən gəlməyə qadir
olan güclü ordusu var. Torpaqlarımızın ərazi
bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsində Qazaxın igid,
mərd, cəsur oğulları da qəhrəmanlıqla vuruşdular. "Qarabağ Azərbaycandır!”
şüarını əldə rəhbər tutaraq torpaqlarımızın yağı düşməndən azad olunması üçün
ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmaqdan bir an belə
çəkinmədilər. Vətən müharibəsinin, İkinci Qarabağ müharibəsinin şəhidi olaraq
adlarını tarixə yazdılar. Tarixi ədalətin bərpa olunmasında son damla qanlarına
kimi vuruşaraq torpaq uğrunda canlarından keçən, Şəhidlik zirvəsinə yüksələn igid
Vətən oğullarının xatirəsini əziz tutmaq, onların ailələrinə qayğı göstərmək,
sahib çıxmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə İkinci Qarabağ
müharibəsinin qazaxlı şəhidlərinin evlərində olub, onların qayğıları ilə
maraqlanıblar. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Qaymaqlı, Aslanbəyli,
Hüseynbəyli, Canalı kəndlərindən olan Vətən müharibəsinin şəhidləri əsgər Kərimov Emil İlqar oğlunun, əsgər Omarov Elmar Elvar oğlunun, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, əsgər Həsənov
Babək Saleh oğlunun, əsgər Nəsibov
Nicat Səməd oğlunun, əsgər Mustafayev
Merik Musa oğlunun, kapitan Pənahov
Rövşən Mahmud oğlunun, əsgər Nəsibov Asəf Səfəralı oğlunun, kiçik çavuş Mustafayev Sərxan
İslam oğlunun, baş gizir Hacıyev Teymur Zaur
oğlunun, əsgər Abdullayev Taleh Temraz
oğlunun, leytenant Yaqubov Mayis Rəhim oğlunun, əsgər
Əliyev İlkin Bəxtiyar oğlunun, kiçik gizir Mədətov Röyal Şahin oğlunun, əsgər Daşdəmirov Elfak Eltun oğlunun ailələrini ziyarət ediblər. Şəhidlərimizin ruhuna
dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Şəhidlərimizin ailələrinə,
yaxınlarına, valideynlərinə bir daha başsağlığı verilib, Vətən uğrunda
canlarından keçən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı
vurğulanıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün fəxrlə, qürurla səsləndirdiyimiz şanlı Qələbəmizə,
Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb
tariximizdə yeni səhifə açan Azərbaycan Ordusunun əsgər və zabitlərinə,
hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə hər zaman minnətdar və
borclu olduğumuzu bir daha dilə gətirib. Ölkə Prezidentinin şəhidlərimizin, yaralılarımızın,
hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün
örnək, nümunə olduğunu diqqətə çatdırıb. İcra başçısı onlara göstərilən diqqətin,
qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. Milli Məclisin deputatı
Səməd Seyidov şəhidlərimizin
ailələrinə başsağlığı verərək bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini
söyləyib. Şəhidlərimizlə, eləcə də vətənpərvər oğullar yetişdirən ata və analarla
hər birimizin fəxr etdiyini dilə gətirib. Millət vəkili şəhidlərimizin
əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulduğunu,
illərdir düşmən tapdağında olan torpaqlarımızın azad olunduğunu bildirib. "Bu
gün şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür
boyu unutmayacağımız ünvandır”, - deyən millət vəkili Vətən uğrunda canından
keçən bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib.
Nə qədər Azərbaycan dövləti və xalqı var, illər ötsə belə şəhidlərimizin və
onların qəhrəmanlığının heç vaxt yaddan çıxmayacağını söyləyib. Gələcək
nəsillərin 30 illik Qarabağ həsrətinə 44 gündə son qoyan Vətən oğullarının
igidliyini, qəhrəmanlığını sevə-sevə öyrənəcəyini, onlarla hər zaman fəxr
edəcəklərini qeyd edib. Bugünkü şanlı Zəfərimizə görə Ali Baş Komandan İlham
Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə,
torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə minnətdar olduğumuzu
bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Dövlətimiz tərəfindən şəhid
ailələrinə göstərilən diqqət və qayğıya görə razılıq edən ailələr həmin qayğıya
görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını bildiriblər. Övladlarının döyüş meydanında göstərdikləri
igidliklərinin ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək orden və
medallara layiq görülməsini minnətdarlıq hissi ilə qarşılayıblar. "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd
sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun ailəsi "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun ailəsi "Qarabağ”
ordeni, "Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına
görə” medalları
ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid baş leytenant Hüseynov Nəbi
Hacıbala oğlunun
ailəsi "Vətən uğrunda”, "Cəbrayılın
azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad
olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini,
şəhid əsgər Həsənov Babək Saleh oğlunun ailəsi "Vətən
uğrunda”, "Cəbrayılın azad
olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının
azad olunmasına görə” və "Hərbi
xidmətlərə görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini,
şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun ailəsi "Vətən
uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini,
şəhid əsgər Mustafayev Merik Musa oğlunun ailəsi "Vətən
uğrunda”, "İgidliyə görə” və "Kəlbəcərin azad
olunmasına görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid
kapitan Pənahov Rövşən Mahmud oğlunun ailəsi "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının
azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun ailəsi Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin
azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları
ilə təltif olunmuş Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan
İslam oğlunun ailəsi "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid
baş gizir Hacıyev Teymur Zaur oğlunun ailəsi "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid əsgər Abdullayev Taleh Temraz oğlunun
ailəsi "Vətən uğrunda”, "Şuşanın azad
olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Daş Salahlı kənd
sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun ailəsi "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları
ilə təltif olunmuş Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun
ailəsi
"Vətən uğrunda” və "Şuşanın
azad olunmasına görə” medalları medalları
ilə təltif olunmuş Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal
Şahin oğlunun ailəsi "Vətən uğrunda”, "Döyüşdə
fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuş Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun ailəsi GOYEZEN.AZ
Facebook-da paylaş