Həftə ərzində müraciət etmiş vətəndaşlar ümumi şəkildə qəbul ediliblər
Bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıdan aydın şəkildə görmək olar ki, ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsi isə hər bir dövlət məmuru üçün örnəkdir.
Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.
Bu həftə ərzində müraciət etmiş daha 19 nəfər vətəndaşın istəyi iyulun 1-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.
"Ölkə rəhbərinin vətəndaşlara olan qayğısını onlara olduğu kimi çatdırmaq, vətəndaş məmnunluğunu əsas götürmək hər bir dövlət məmurunun vəzifə borcudur”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan sonra da əsas götürüləcəyini vurğulayıb. İcra başçısı bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.
"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru birmənalı şəkildə bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sonra Qazax şəhər sakinləri Məhərrəmova Tərlan İsaxan qızının, Paşayev İsmayıl Mayıl oğlunun, Nağdalıyev Şücayət Hətəmalı oğlunun, Namazova Ruqiyyə İbrahim qızının, Aslanbəyli kənd sakinləri, şəhid ailəsi Məmmədova Gülsəba Məhəmməd qızının, Barıyeva Gülhava Məhəmməd qızının, Birinci Şıxlı kənd sakinləri Musayeva Səməndər Əmirxan qızının, Hüseynov Rizvan Sədi oğlunun, Canalı kənd sakini İmanova Kamalə Bahadur qızının, Ağköynək kənd sakini, şəhid ailəsi İsmayılova Qəndaf Cəlal qızının, Qazaxbəyli kənd sakinləri Süleymanov Feyruz Həsən oğlunun, Rəhimov Fəqan Fazil oğlunun, İkinci Şıxlı kənd sakini Musayeva Nurxanım Əhməd qızının, Xanlıqlar kənd sakinləri Həsənov Rəvan Razim oğlunun, Məmmədov Razim Hamlet oğlunun, Nuriyev İmran Puşkin oğlunun, Yusifova Gülqənd Zirəddin qızının, Orta Salahlı kənd sakini İsmayılova Şahanə Faiq qızının, Aşağı Əskipara kənd sakini Hacıkərimova Sevda Kəlbalayı qızının, Bağanıs Ayrım kənd sakini Musayev Cavid Saqif oğlunun, Quşçu Ayrım kənd sakini Cəfərova Firəngiz Cəfər qızının müxtəlif səpkili müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların mənzil növbəsinə qeydiyyata alınmasında, evinin təmir edilməsində, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində, 1-ci qrup Qarabağ müharibəsi əlili olaraq mənzillə təmin edilməsində, sığınacaqla təmin edilməsində, yaşadığı evin dam örtüyünün təmir edilməsində, yaşadıqları əraziyə qaz xəttinin çəkilməsində köməklik göstərilməsi, eləcə də digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş