• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayonunda vətəndaşların rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edilməsi və müraciətlərinə baxılması artıq bir ənənə halını alıb.

Bu gün də Rayon İcra Hakimiyyətində fərdi qəbul olub. Quşçu Ayrım kənd sakini, şəhid ailəsi Pirvəliyeva Sədaqət Qiyas qızı Qazax şəhərində evinin təmir olunması üçün tikinti materiallarına köməklik göstərilməsi ilə bağlı müraciət edib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Aliyev vətəndaşı diqqətlə dinlədikdən sonra onun müraciəti ilə bağlı köməklik göstərilməsi barədə müvafiq tapşırıq verib.

Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayan Əliyeva Hüsniyyə Həsən qızı isə məcburi köçkünlük məsələsi ilə bağlı müraciət edib. Vətəndaş diqqətlə dinlənildikdən sonra müraciəti müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş