• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətində vətəndaşların fərdi şəkildə qəbulu artıq bir ənənə halını alıb. Rayon sakinləri rəsmi qəbul günlərindən başqa, digər günlərdə də qəbul edilir, müraciətləri müvafiq olaraq cavablandırılır.

Bu gün rayon İcra Hakimiyyətində fərdi qəbul olub. Ağköynək kənd sakini Bayramova Vəsilə Əlövsət qızı ərizəsinə əsasən qəbul edilib. Vətəndaş ixtisasca ibtidai sinif müəllimi olduğunu bildirib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Aliyev vətəndaşı diqqətlə dinlədikdən sonra müraciətini cavablandırıb. V.Bayramovaya iyun ayında işə qəbulla əlaqədar imtahanın keçiriləcəyi bildirilib. Ona görə də işə qəbul olunmaq üçün imtahan verməsi tövsiyə olunub.

GOYEZEN.AZ


Facebook-da paylaş