İcra başçısı Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı evdə görülən işlərlə tanış olub
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, artıq xeyli
vaxtdır ki, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi
çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə
yenidən qurulur. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü
çərçivəsində tariximizin incisi hesab edilən Qazax Müəllimlər Seminariyasının
binasını bərpa etməsi milli təhsilimizin inkişafı istiqamətində atılan növbəti
uğurlu addımdır. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu
və ilk direktoru olduğu Seminariya binasının bərpası Azərbaycanda maarifçilik
irsimizin yaşadılması, Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Bu,
illər öncə yandırılan elm işığının daha gur yanması, ətrafına yeni nəsil
maarifçiləri toplaması deməkdir. Həyata keçiriləcək birgə layihələrlə müasir
təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq. Bu, hər bir
qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA
Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq
ifadə olunur. Bu gün qürurverici haldır ki, vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər
Seminariyasına bağışlamış Qazax rayon Kosalar kənd sakini Məşədi
İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev də təmir olunur. Məşədi
İbrahimin yaşadığı mülkün təmir olunması təhsilimizin, elmin inkişafına dəstək
olan insanlara verilən qiymət və dəyərdir. Bu
nümunəvi addım Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi
keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramı özündə əks etdirir.
Mayın 31-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov icra aparatının
məsul şəxsləri ilə birlikdə Kosalar kəndində olub, təmir olunan
mülkdə görülən işlərlə maraqlanıb. Görülmüş işlərin mövcud vəziyyəti ilə
tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsi barədə aidiyyəti üzrə
müvafiq tapşırıqlarını verib. Babasının yaşadığı mülkün təmir olunmasına görə
razılığını bildirən Məşədi İbrahimin nəvəsi Şahbəddin Hacıyev təhsilimizin,
elmin inkişafına dəstək olan insanlara verilən qiymətə görə öz adından, ailəsi
və yaxınları adından minnətdarlıq edib. Bu
nümunəvi addımı babası Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində
əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisi kimi
qiymətləndirib.
GOYEZEN.AZ
Facebook-da paylaş