• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı evdə aparılan təmir işlərinin mövcud vəziyyəti ilə tanış olub


Hər kəsə yaxşı məlumdur ki, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi milli təhsilimizin inkişafına böyük töhfə olmaqla yanaşı, həm də onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası eyni zamanda Azərbaycanda maarifçilik irsimizin yaşadılması, Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Bu, illər öncə yandırılan elm işığının daha gur yanması, ətrafına yeni nəsil maarifçiləri toplaması deməkdir. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.

Bu gün o da sevindirici haldır ki, vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlamış Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev təmir olunur. Məşədi İbrahimin yaşadığı mülkün təmir olunması da təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymət və dəyərdir. Bu nümunəvi addım Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramı özündə əks etdirir. 

 

Mayın 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kosalar kəndində olub, təmir olunan mülkdə görülən işlərlə maraqlanıb. Görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Məşədi İbrahimin nəvəsi Şahbəddin Hacıyev babasının yaşadığı mülkün təmir olunmasına görə razılığını bildirib. Təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymətə, dəyərə, xüsusilə də babasının yaşadığı mülkün bərpa olunmasına görə öz adından, ailəsi və yaxınları adından minnətdarlıq edib. Bu nümunəvi addımı babası Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisi kimi qiymətləndirib.











 

GOYEZEN.AZ



Facebook-da paylaş