İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
Bu gün ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrdə özünü aydın şəkildə göstərir.
Hər bir dövlət məmuru üçün örnək olan vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Mayın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.
Aşağı Əskipara kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Həsənov Saleh Əmiraslan oğlunun, Daş Salahlı kənd sakini, şəhid yoldaşı Cürənova Gülamayıl Bəhruz qızının, Pirməmmədova Həvva Tacəddin qızının, Bağanıs Ayrım kənd sakini, şəhid oğlu Məhərrəmov Vüqar Alməmməd oğlunun, Dəmirçilər kənd sakini, şəhid anası Məmmədova Tamara Qulam qızının müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş