Vətəndaş məmnunluğunun Qazax nümunəsi
Əsası Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulan milli dövlətçilik strategiyasının möhkəm siyasi özülü
üzərində qurulmuş və ölkəmizdə təşəkkül tapmış ictimai-siyasi sabitlik, firavan
həyat səviyyəsi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən
daha böyük əzmlə inkişaf etdirilməkdədir. Azərbaycanın bugünkü uğurlarının təməlində
bu amilin danılmaz rolu vardır. Yaşadığımız təlatümlərlə dolu dünyada Azərbaycan
bir sabitlik adasıdır. Qarabağ müharibəsini qalibiyyətlə başa vurduqdan sonra
bölgədə daimi sülhün əldə olunması üçün çox fəal işlər aparılır. Bütün bunlar gələcəyə
olan ümidlərimizi daha da artırır, zaman keçdikcə arzularımızın gerçəkləşməsinin
şahidi oluruq. Bu gün ölkəmizdə həyata
keçirilən genişmiqyaslı islahatların mərkəzində vətəndaş və onun güzəranının
daha da yaxşılaşdırılması dayanır. Bu siyasətin icrasına xidmət məqsədilə
rayonumuzda görülən işlər vətəndaşa yönəlik siyasətin tərkib hissəsi kimi dəyərləndirilir.
Dövlətimiz tərəfindən mütəmadi olaraq sərhəd kəndlərinə, orada yaşayan
insanlara və rayon ərazisində məskunlaşan məcburi köçkünlərə olan münasibət həmişə
ən yüksək səviyyədə olub. Onların qayğı və problemlərinin həlli daim diqqət mərkəzində
saxlanılıb və istənilən müraciət qısa müddət ərzində həllini tapıb. 44 günlük Vətən
müharibəsində qazanılmış şanlı qələbədə rayonumuzun igidlərinin də öz payı
vardır. Müharibədə qəhrəmanlıqla vuruşaraq şəhid və ya qazi olmuş insanlara
daima xüsusi diqqət və qayğı göstərilir. Şəhid ailələrinə və müharibə əlillərinə,
qazilərə həssaslıqla yanaşılır, bu zümrədən olan vətəndaşlara qayğıkeş münasibət
göstərilir. Şəhidlərimizin qəhrəmanlığı şərəfinə ucaldılan "Qarabağ Azərbaycandır!”
xatirə kompleksi və park onların müqəddəs ruhlarına ehtiramın ali səviyyəsi
kimi qəbul edilir. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində şəhidlərimizin
adlarına rayonumuzun müxtəlif yerlərində xatirə bulaqlarının yaradılması və bu
işlərə dövlətimiz tərəfindən verilən dəstək ən yüksək hörmətə layiqdir. Bütövlükdə,
həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin şəhidlərinə, qazi və
veteranlarına olan özəl münasibət rayon gənclərinin daha vətənpərvər ruhda
yetişməsi üçün önəmli bir faktora çevrilməkdədir. Ulu Öndər Heydər
Əliyevin "Təhsil millətin gələcəyidir” fəlsəfəsindən doğan "Müəllimdən yüksək
ad tanımıram” fikirlərinin rayonumuzda son bir neçə ildə təhsilə olan münasibət
və əldə olunan uğurlu nəticələr timsalında reallığa çevrilməsi bir həqiqətdir. Rayonumuz
mövcud elm və təhsil potensialının imkanlarına görə elmi-praktik, beynəlxalq
konfransların keçirildiyi bir məkana çevrilmişdir. Eləcə də mədəniyyətə, səhiyyəyə
və digər sosial əhəmiyyətli sahələrə olan diqqət, qayğı və bu istiqamətdə görülən
məqsədyönlü, nəticəyönümlü işlər sakinlərdə vətəndaş məmnunluğu yaradır ki, bu
da ilk növbədə dövlət başçısı cənab İlham Əliyev tərəfindən insanlara göstərilən
xidmət fəlsəfəsinin yerlərdə uğurlu tətbiqi kimi başa düşülür və qəbul edilir. Vətəndaşlarla
həm şəhər ərazisində, həm də ayrı-ayrı kəndlərdə vaxtaşırı keçirilən görüşlərdə
qaldırılan məsələlərin yerindəcə operativ həlli dövlətə və dövlətçiliyə olan
inamın möhkəmləndirilməsində çox vacib amildir. Bu gün də Qazaxımızın
keçmiş əzəmətini və gözəlliyini özünə qaytaran geniş quruculuq və abadlıq işləri
görülməkdədir. Rayon ərazisində xüsusi səliqə-sahman yaradılıb, yaşıllıqlar
salınır, təmir-bərpa işləri aparılır ki, bunlar da sakinlərimizin ürəyincə
olan, onlarda məmnunluq yaradan addımlardır. Vətəndaşlara xidməti
özünün fəaliyyətinin əsas meyarı hesab edən dövlət başçısının işini qədirbilən
insanlarımız görür və yetərincə dəyərləndirirlər. Məmur-vətəndaş məmnunluğundan
dövlət-vətəndaş məmnunluğuna uğurlu keçidin bariz nümunəsini Qazaxımızın
timsalında reallaşdıran dövlətimizə, dövlət başçımıza ziyalı minnətdarlığı ilə Məmməd
YUSİFOV, Bakı Dövlət
Universitetinin Qazax filialının Tədris və elmi işlər
üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə
doktoru, dosent
Facebook-da paylaş