İcra başçısı Qazax Sement Zavodunda olub
Qazax rayonunun
Daş Salahlı kəndində fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda
fərqlənməyi qarşıya məqsəd qoyan "Qazax Sement Zavodu”
MMC bu gün də ön sıralarda dayanır. Ötən illər ərzində zavod sement-klinker və
beton istehsalı sahəsində nümuəvi fəaliyyət göstərərək respublikada sement,
beton istehsalı, eyni zamanda, tikinti sektorunun aparıcı qüvvəsi olmaqla ölkənin
sosial-iqtisadi inkişafına və milli rifahına öz töhfəsini verir. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Sement Zavodu” MMC-də olub, zavodun yeni təyin olunmuş direktoru Emin Uçarla
görüşüb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra
rayon rəhbərliyi zavodun fəaliyyəti, istehsal olunan məhsullar və işçilər üçün
yaradılan şəraitlə tanış olub.
GOYEZEN.AZ
Facebook-da paylaş