• Təqvim

  • Maraq



“Qazax Sement Zavodu” MMC və “Akkord STİK” ASC “YAŞAT” Fonduna 200 min manat ianə edib


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur zabit və əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirib, torpaqlarımızı düşməndən tamamilə təmizləyiblər.

Ərazi bütövlüyümüzün bərpası ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı əsasında yaradılmış "YAŞAT” Fonduna "Qazax Sement Zavodu” MMC və "Akkord STİK” ASC hər biri 100 min manat məbləğində vəsait köçürüb.

 

 

Qeyd edək ki, 2020-ci il dekabrın 1-dən etibarən "Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri MMC-nin müşahidə şurasının sədri, həmçinin "Akkord STİK” ASC-nin Baş icraçı direktoru vəzifələrinə təyin edilib.

"Akkord STİK” ASC və "Qazax Sement Zavodu” MMC birgə fəaliyyət göstərək istehsalat və tikinti sektorunun vahid koordinasiyası ilə effektivliyin artırılması, kadr potensialının daha səmərəli istifadəsinə nail olmağı hədəfləyib. Hazırda "Akkord STİK” ASC respublikanın müxtəlif regionlarında nəhəng su-kanalizasiya və avtomobil yollarının tikintisi layihələrini reallaşdırır, "Qazax Sement Zavodu” MMC isə sement-klinker və beton istehsalı sahəsində fəaliyyət göstərir. Cəmiyyətlər vahid "Akkord” brendi ilə fəaliyyət göstərərək respublikada sement, beton istehsalı, eyni zamanda, tikinti sektorunun aparıcı qüvvəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına və milli rifahına öz töhfəsini verəcək. Cəmiyyətlərin birgə fəaliyyəti işğaldan azad edilən regionların bərpası işlərinə aid keçiriləcək tenderlərdə sement, beton materiallarının təchizatı və infrastruktur–tikinti layihələrində fəal iştirak etməsində böyük imkanlar yaradacaq.

AZƏRTAC



Facebook-da paylaş