Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Qazax Sement Zavodunda olub
İcra başçısı Qazax Sement Zavodunda olub16-05-2022, 21:52 |
Qazax rayonunun Daş Salahlı kəndində fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan "Qazax Sement Zavodu” MMC bu gün də ön sıralarda dayanır. Ötən illər ərzində zavod sement-klinker və beton istehsalı sahəsində nümuəvi fəaliyyət göstərərək respublikada sement, beton istehsalı, eyni zamanda, tikinti sektorunun aparıcı qüvvəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına və milli rifahına öz töhfəsini verir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Sement Zavodu” MMC-də olub, zavodun yeni təyin olunmuş direktoru Emin Uçarla görüşüb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra rayon rəhbərliyi zavodun fəaliyyəti, istehsal olunan məhsullar və işçilər üçün yaradılan şəraitlə tanış olub.
GOYEZEN.AZ Geri qayıt |