Qazaxda növbəti qanvermə aksiyası keçirilib
Mayın
5-də Respublika Milli Hematologiya və Transfuziologiya İnstitutu
Mərkəzi Qan Bankının təşəbbüsü, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon
Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Qazax rayonunda növbəti qanvermə aksiyası
keçirilib. Qazax Rayon
Mərkəzi Xəstəxanasında karantin qaydalarına uyğun təşkil olunan aksiyada Rayon
İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,
təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri iştirak edib.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri ilə birgə aksiyanın keçirildiyi Qazax Rayon Mərkəzi Xəstəxanasına
gəlib və qan verib. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə
köməklik məqsədilə keçirilən tədbirdə Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan
vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra
qanverməyə hazırlayıblar. Qazaxda mütəmadi olaraq keçirilən qanvermə aksiyası
həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlayıb və
uğurla başa çatıb. Aksiya çərçivəsində qan vermək üçün mərkəzə 640 nəfər müraciət
edib və onların 214 nəfərindən qan götürülüb. Məlumat
üçün qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən
sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan
ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən
xəstələr üçün istifadə olunacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş