• Təqvim

  • Maraq



Qazaxda növbəti qanvermə aksiyası keçirilib

 

Bu gün Qazax Müalicə Diaqnostika Mərkəzi tərəfindən növbəti qanvermə aksiyası keçirilib.  Müxtəlif qan xəstəliklərindən, əsasəndə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə köməklik məqsədilə keçirilən aksiya Azərbaycan Respublikası B.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən həyata keçirilib.

Mərkəzin əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar. 

Aksiya çərçivəsində qan vermək üçün müraciət edən 170 nəfərin 65-indən qan götürülüb.













 


GOYEZEN.AZ



Facebook-da paylaş