Qazaxda qanvermə aksiyası keçirilib
Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri iştirak ediblər.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rəhbərlik etdiyi kollektivlə birlikdə aksiyanın keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinə gəlib və qan verib.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.
Qazaxda mütəmadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlayıb və uğurla başa çatıb.
Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 300 nəfərdən çox rayon sakini müraciət edib və onların 157 nəfərindən qan götürülüb.

GOYEZEN.AZ
Facebook-da paylaş