Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib21-04-2017, 14:29 |
![]() Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri iştirak ediblər. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rəhbərlik etdiyi kollektivlə birlikdə aksiyanın keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinə gəlib və qan verib. ![]() Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar. ![]() Qazaxda mütəmadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlayıb və uğurla başa çatıb. ![]() Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 300 nəfərdən çox rayon sakini müraciət edib və onların 157 nəfərindən qan götürülüb. ![]() ![]() GOYEZEN.AZ
Geri qayıt |