• Təqvim

  • Maraq



Qazaxda qanvermə aksiyası keçirilib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Qazax sakinləri də qoşulublar.

Bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzi Mərkəzi Qan Bankının Gəncə Bölməsinin əməkdaşları tərəfindən Qazax Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilib.

Bölmənin əməkdaşları tərəfindən könüllü qan vermək üçün müraciət edən vətəndaşlar müayinə edilib, hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Aksiyada qan vermək üçün 130 nəfər iştirak edib və onların 61 nəfərindən qan götürülüb.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.



 

GOYEZEN.AZ



Facebook-da paylaş