Qazaxda növbəti qanvermə aksiyası keçirilib
Qazax
rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində
keçirilən xeyriyyə aksiyasında rayon İcra Hakimiyyəti Başçısı aparatının
kollektivi, idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə
orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri iştirak ediblər. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul
işçisi Orxan Mürsəlovla birgə aksiyanın keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinə
gəlib və qan verib. Müxtəlif qan xəstəliklərindən
əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə
Nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən
vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə
hazırlayıblar. Qazaxda mütəmadi olaraq keçirilən
qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində
başlayıb və uğurla başa çatıb. GOYEZEN.AZ
Aksiya çərçivəsində könüllü olaraq qan vermək
üçün mərkəzə 400 nəfərə yaxın rayon sakini müraciət edib və onların 151
nəfərindən qan götürülüb.
Facebook-da paylaş