Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda növbəti qanvermə aksiyası keçirilib
Qazaxda növbəti qanvermə aksiyası keçirilib16-04-2019, 20:15 |
Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında rayon İcra Hakimiyyəti Başçısı aparatının kollektivi, idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birgə aksiyanın keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinə gəlib və qan verib. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar. Qazaxda mütəmadi olaraq keçirilən
qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində
başlayıb və uğurla başa çatıb.
GOYEZEN.AZ Geri qayıt |