• Təqvim

  • Maraq



İcra başçısı Ağstafaçay sağ sahil magistral su kanalında baş vermiş çökmə nəticəsində Qarapapaq kəndində zərər dəymiş evlərin sakinləri ilə görüşüb


Xəbər verdiyimiz kimi, aprelin 24-də Ağstafaçay sağ sahil magistral su kanalında baş vermiş çökmə nəticəsində kanalın yaxınlığında yerləşən Qarapapaq kəndində bir neçə evə ziyan dəyib. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən fövqəladə hallar komissiyasının üzvləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbərləri dərhal hadisə yerində olub, vətəndaşlara lazımi köməklik göstərilərək təxliyə ediliblər.

Aprelin 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovun, Qazax Melioservis İdarəsinin rəisi Fərman Nağdalıyevin, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifovun, zərər dəymiş evlərin sakinlərinin iştirakı ilə kanaldakı və evlərdəki mövcud vəziyyət müzakirə olunub.




 

Daha sonra rayon rəhbərliyi Qarapapaq kəndinə gələrək, su kanalında görülmüş işlər və zərər dəymiş evlərin mövcud vəziyyəti ilə tanış olub. Sakinləri diqqətlə dinləyən icra başçısı dəymiş ziyanın aradan qaldırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.











 

GOYEZEN.AZ



Facebook-da paylaş