Qazaxda kənd təsərrüfatının və əkin sahələrində aparılan suvarılmanın mövcud vəziyyəti müzakirə olunub
İyunun
18-də Qazax Rayon İcra Hakimiyyətində rayonun içməli və suvarma suyunun, eləcə
də kəndlərdə əkin sahələrində aparılan suvarılmanın mövcud vəziyyətinə dair
iclas keçirilib. İcra aparatının məsul işçilərinin, Rayon İcra Hakimiyyəti
başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, Qazax Dövlət Aqrar
İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovun, Rayon
Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovun, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifovun, Sudan İstifadə Birliklərinin (SİB) nümayəndələrinin iştirakı
ilə keçirilən iclasda barama tədarükünün, arpa biçininin, subartezian
quyularının və kəndlərdə əkin sahələrində aparılan suvarılmanın mövcud vəziyyəti
müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən
iclasın məqsəd və əhəmiyyətindən danışıb. Xüsusilə də havaların quraq keçməsi səbəbindən
"Ağstafaçay”, "Coğazçay” və "İncəçay” su anbarlarında suyun səviyyəsinin aşağı
olması ilə əlaqədar rayonun kəndlərində içməli və suvarma suyunun verilməsindəki
mövcud vəziyyətdən söz açıb. Rayon rəhbəri bu gün rayonda su məsələsi ilə bağlı
yaranan mövcud vəziyyəti nəzərə alaraq vətəndaşların müraciətlərinə daha həssas
yanaşmağı, hazırki durumu onlara izah etməyi bildirib və bununla bağlı aidiyyatı
üzrə tapşırıqlarını verib. İcra başçısı sakinləri narahat edən hər bir məsələyə
daha operativ şəkildə baxılmasını, yaranmış vəziyyətlə bağlı həlli mümkün olan
nə varsa edilməsini vurğulayıb. Sudan qənaətlə istifadə olunmasını, bunun üçün istər
pay torpaq sahələrinin, istərsə də həyətyanı sahələrin suvarılması zamanı növbəlilik
qrafikinə ciddi əməl edilməsini, vətəndaşların hüquqlarının pozulmamasını
bildirib. Əldə olan imkanlardan bütün vətəndaşların səmərəli şəkildə istifadə
etmələri üçün lazımi tədbirlərin görülməsini qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Dövlət
Aqrar İnkişaf Mərkəzinin, Rayon Suvarma Sistemləri İdarəsinin, Sudan İstifadə
Birliklərinin, RİH başçısının kənd İnzibati Ərazi Dairələri üzrə
nümayəndəliklərinin əməkdaşlarından ibarət xüsusi Qərargahın və işçi qrupunun yaradıldığını,suvarma suyundan
səmərəli istifadə etmək, suvarılmanın su itkisinə yol verilmədən aparılmasını
yoxlamaq məqsədilə reydlərin keçiriləcəyini, növbəlilik prinsipinə ciddi şəkildə
daim nəzarət edilməsini bildirib. İcra başçısı su ilə bağlı yaranmış vəziyyətin
aradan qaldırılması üçün rayonda fəaliyyət göstərən subartezian quyularının
daim işlək vəziyyətdə olması ilə bağlı məqsədyönlü işlərin görüldüyünü də diqqətə
çatdırıb. Bu gün ölkə rəhbərinin diqqət və
qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla rayon ərazisində 191 ədəd
suabartezian quyusunun kənd sakinlərinin istifadəsində olduğunu, əkin sahələrinin suvarılmasında
həmin quyuların böyük əhəmiyyət daşıdığını söyləyib. Vətəndaşlar tərəfindən
subartezian quyuları bağlı müraciətlərə dərhal reaksiya verilməsini, aidiyyəti
təşkilatlar tərəfindən yerində baxış keçirilməsini və həlli istiqamətində
lazımi tədbir görülməsini qeyd edib. Bundan əlavə, təmirə ehtiyacı olan
subartezian quyularında görülən işlərə, verilən tapşırıqlara ciddi əməl
olunmasını, daim nəzarətdə saxlanılmasını vurğulayıb.
Rayon rəhbəri qeyd edib ki, ildən-ilə genişləndirilən
əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas
səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin
olunmasıdır. Son illər rayonda mövcud olan suvarma arx və kanalların təmir
olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü
işlərdir və bu da öz bəhrəsini verir. Bu məqsədlə son 5 ildə
rayonda 1507,47 km məsafədə təmizlik işi aparılmışdır ki,
bunun da 689,6 km-i texnika vasitəsilə, 817,87 km-i
isə əl əməyi ilə təmizlənmişdir.
İclasda barama tədarükünün, arpa
biçininin mövcud vəziyyəti də müzakirə edilib. Bildirilib ki, cari mövsümdə 4,4 ton yaş
barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik
Stansiyasından gətirilən 110 qutu barama
qurdu kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb ki, artıq
kümçülər barama tədarükünü həyata keçirirlər. Bu günədək "Azəripək”
MMC-yə 4148,6kq barama təhvil
verilib. Qeyd edilib ki, 2021-ci ildə Qazaxda 10082,50
hektar sahədə taxıl əkilib ki, bunun da 5601 hektarı buğda, 4481,5
hektarı arpa sahəsidir. Respublikamızın hər yerində olduğu kimi,
Qazax rayonunda da arpa biçini uğurla davam edir. Bu günə kimi 4481,5
hektar arpa sahəsinin 2526 hektarında biçin
aparılıb. Hələlik hər hektardan orta məhsuldarlıq 30,73 sentner təşkil
edir. Sonda
rayon rəhbəri istər suvarma, istərsə də digər məsələrlə bağlı kəndlərdəki
mövcud vəziyyəti öyrənmək üçün kənd icra nümayəndələrini və Sudan İstifadə
Birliklərinin sədrlərini dinləyib. Qeyd olunan məsələlərlə bağlı görülən işlərdə
daha məsuliyyətli olmalarını qeyd edib, bəzi tapşırıq və tövsiyələrini verib, irad
və xəbərdarlıqlarını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş