• Təqvim

  • Unutma

  • Maraq



Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür

Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının ildən-ilə artması, həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi bu sahədə yüksək göstəricilərin əldə olunacağından xəbər verir. Ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin bütün bölgələrdə, o cümlədən də Qazaxda olduğu kimi icra edilməsi bunu bir daha sübut edir.

Qazax rayonunun İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən yeni yaradılan Aqropark da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan biridir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Aqroparkda görülən son tamamlanma işləri ilə tanış olduqdan sonra kartof və qarğıdalı sahələrində olub, təsərrüfatın mövcud vəziyyəti ilə maraqlanıb.

Layihə rəhbəri Kamil Əlimirzəyev bildirib ki, yeni yaradılmasına baxmayaraq Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür. Bu il 1030 hektar sahədə əkin işləri aparılmışdır. Göstərilən sahənin 190 hektarında qarğıdalı, 214 hektarında noxud, 214 hektarında kartof, 412 hektarında isə taxıl əkilmişdir. Bunlardan arpa və buğda biçini tam başa çatdırılmışdır.

Layihə rəhbəri hazırda istər kartof, istərsə də qarğıdalı sahələrində bütün aqrotexniki qaydalara ciddi əməl edildiyini və bol məhsuldarlıq əldə etmək üçün lazımi tədbirlərin görüldüyünü bildirib. Əkin sahələrinin vaxtlı-vaxtında suvarıldığını, zərərvericilərə qarşı dərmanlama işlərinin aparıldığını qeyd edib.

Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
Aqroparkda təsərrüfatın məhsuldar dövrüdür
GOYEZEN.AZ


Facebook-da paylaş