• Təqvim

  • Maraq



“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə aparılır

“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə aparılır
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynov bu gün rayonda gedən abadlıq-quruculuq işləri ilə tanış olmaq üçün rayon mərkəzində və İkinci Şıxlı kəndində tikilən kənd təsərrüfatı müəssisələrindən biri olan “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda həyata keçirilən işlərlə yaxından tanış olublar.

Layihə rəhbəri Kamil Əlimirzəyev məlumat verərək bildirib ki, əsas tikinti işləri demək olar ki, başa çatıb. Qeyd edib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun tikintisi yekunlaşıb. Eyni zamanda, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi də başa çatdırılıb.

2600 tonluq soyuducu anbarın tikinti və metal konstruksiya montaj işləri bitib. Üst örtüyün vurulması işləri isə yekunlaşıb. Hazırda soyuducu anbarda soyutma sisteminin montaj işləri aparılır. İnzibati binada isə daxili tamamlanma işləri davam edir.

Məlumat verilib ki, ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilibdir. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıbdır.

Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilibdir. Burada ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda isə montaj işləri başa çatıbdır.

Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.

Layihə rəhbəri onu da qeyd edib ki, hazırda kompleksin həyətində sahə betonu vurulur. Eyni zamanda, kompleksin ərazi sərhəddində hasarların çəkilməsi işi yekunlaşmaq üzrədir.

Məlumat verilib ki, 1030 hektar sahədə əkin işləri aparılıb. Göstərilən sahənin 190 hektarında qarğıdalı, 214 hektarında noxud, 214 hektarında kartof, 412 hektarında isə taxıl əkilib. Səpin başa çatan sahələrdə dərmanlama, suvarma və digər aqrotexniki tədbirlər görülüb.

“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə aparılır
“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə aparılır
“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə aparılır
“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə aparılır
“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə aparılır
GOYEZEN.AZ


Facebook-da paylaş