• Təqvim

  • Maraq



İcra başçısı Qazax Olimpiya İdman Kompleksində olub


Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idman sahəsinə, bu sahədə çalışan insanlara, idmançılara göstərdikləri dövlət qayğısı onu söyləməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə başçısının və Birinci vitse-prezidentin idman sahəsinə olan qayğısı Qazaxda da hər zaman örnək götürülür.

Heç kəsə sirr deyil ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz idman sahəsidir. Bunu rayon rəhbərinin idmançılarla olan görüşlərindən, rayonda fəaliyyət göstərən idman müssisələrinə baxış keçirməsindən, idmançılar üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən, atdığı addımlardan da aydın şəkildə görmək olar.

2007-ci ilin 30 mayında ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Qazax şəhərində istifadəyə verilən Olimpiya İdman Kompleksi də ölkəmizdə, eləcə də bölgələrimizdə idman sahəsinə, idmançılara göstərilən qayğının göstəricisidir. Bu gün bu kompleks idmançıların, rayon sakinlərinin, idmanla məşğul olan hər kəsin üz tutduğu doğma bir məkana çevrilib.

Fevralın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Olimpiya İdman Kompleksində olub, burada yaradılan şəraitlə, idmançılara, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb. Kompleksdəki mövcud vəziyyətlə tanış olan icra başçısı burada səliqə-sahmanın daim diqqətdə saxlanılmasını, vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə olmasını qeyd edib.

Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov hazırda kompleksdə 6 ədəd ikimərtəbəli, 10 ədəd birmərtəbəli kotteclərin, 2-si lüks, 18-i sadə olmaqla 20 otağın sakinlərə xidmət göstərdiyini bildirib. Mövcud imkanlardan istifadə edərək istər idmançılara, istərsə də kompleksə müraciət edən vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün var qüvvələri ilə çalışdıqlarını, əllərindən gələni əsirgəmədiklərini qeyd edib.







GOYEZEN.AZ



Facebook-da paylaş