• Təqvim

  • Maraq



Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır

Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır
İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi. Məhz ümummilli lider Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyi illərində dünya və Avropa miqyaslı yarışlarda Azərbaycanın adı daim yükəsklərdə dayanmışdır.

Bu gün Azərbaycan bir idman ölkəsi olaraq öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Milli maraqlara əsaslanmaqla həyata keçirilən bu strategiya ulu öndərin layiqli varisi - Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Çox fəxrlə deyə bilərik ki, bu gün idmana və idmançılara ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız daha böyük qələbələr qazanaraq dünya və Avropa miqyaslı yarışlarda ölkəmizin bayrağını qaldırırlar.
Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır
Respublikanın hər yerində olduğu kimi rayonumuzda da idman sahəsinə olan diqqət və qayğı getdikcə artır, idmançılarımız üçün yaradılan şərait get-gedə daha da yaxşılaşır. Bundan bəhrələnən idmançılarımız qazandıqları nəticələri ilbəil daha da yüksəldir, iştirak etdikləri yarışlardan qələbələrlə qayıdırlar. Bu deyilənləri

Qazaxda fəaliyyət göstərən “Avey” idman klubunun timsalında aydın şəkildə görmək olar.

Klubun direktoru və baş məşqçisi, idman ustası, 4-cü dan qara kəmər sahibi, beynəlxalq dərəcəli hakim Şahsuvar Məhyəddinov GOYEZEN.AZ saytına təmsil etdiyi klub barədə məlumat verərək bildirib ki, “Avey” idman klubu 2015-ci ildən Qazax şəhərində fəaliyyətə başlayıb. Əvvəllər, yəni 2010-cu ildən isə klub “Olimp” idman klubu adı ilə fəaliyyət göstərib.
Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır
Klubun Prezidenti qazaxlı iş adamı, Azərbaycan Kik-Boksink Federasiyasının vitse-prezidenti Arzuman Abdulkərimovdur. Hal-hazırda klubda məşqçilərdən 2-ci dan qara kəmər sahibi, respublika çempionu, beynəlxalq yarışların qalibi və mükafatçısı Fərid Məmmədov, boks üzrə respublika dərəcəli hakim, dünya və Avropa çempionu Pərvin Mədətzadə idman sahəsindəki öz bilik və bacarıqlarını, idmanın sirlərini yeniyetmə gənclərimizə öyrədirlər.

Məlumat üçün onu da qeyd edək ki, klubda aşağıdakı idman növləri üzrə dərslər keçirilir.

Jiu jitsu
• Cüdo
• Qraplinq
• MMA (qarışıq döyüş növləri)
• Boks
• Kik-boksink
• Qadınlar üçün Fitnes bölməsi


Baş məşqçi onu da bildirib ki, klubumuz yarandığı gündən bu günə kimi Qazax şəhərinin bütün ictimai və idman tədbirlərinə qatılaraq fəal iştirak edib. Klubumuz bir çox möhtəbər idman yarışlarına ev sahibliyi etmişdir. O cümlədən fəaliyyət göstərdiyi müddətdə 27 respublika çempionu (ayrı-ayrı idman növləri üzrə) və bir neçə mükafatçılarımız olmuşdur.
Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır
2012-ci ildə Gürcüstanın Poti şəhərində keçirilən “Qafqaz çempionatı”nda klubumuzun idmançıları “Qafqaz kuboku”nu ölkəmizə gətirib. 2013-cü ildə isə klubumuzun idmançısı Tapdıq Pənahzadə BƏƏ (Birləşmiş Ərəb Əmirliyi)-nin Əbu-Dabi şəhərində Jiu jitsu üzrə keçirilən dünya çempionatında dünya 2-cisi olub. 2015-ci ildə Rusiya Federasiyasının Qaraçay Çərkəz Respublikasında keçirilən Beynəlxalq Döyüş Növləri festivalında yüksək nəticələr əldə edib. Belə ki, 35 kq çəki dərəcəsində Tapdıq Pənahzadə I yer, 65 kq çəki dərəcəsində Nurlan Qocayev III yer, 84 kq çəki dərəcəsində Fərid Məmmədov I yerə layiq görülüb.
Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır
Qazandığımız uğurlar bununla bitmir. 2015-ci ilin noyabr ayında Türkiyənin Antalya şəhərində MMA (qarışıq döyüş növləri) üzrə keçirilən dünya çempionatında klubumuzun idmaçısı Orxan Vəliyev 74 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır
Daha 2 idmançımız - Tapdıq Pənahzadə və Cəlal Şabanov 2015-ci ildə Bakıda keçirilən kempo üzrə Avrasiya çempionatında birinci yerə layiq görülüb. 2016-cı ildə Bakıda keçirilən Jiu jitsu üzrə qran-pri yarışında Təbriz Rəhimli qalib olub.
Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır
“Avey” idman klubunun idmançıları hal-hazırda yeniyetmələrin Azərbaycan çempionatına və MMA döyüş növü üzrə Azərbaycan çempionatına hazırlaşırlar. Ən başlıcası isə odur ki, klubun üzvləri bu il öz qüvvələrini Avropa və dünya çempionatlarında sınayacaqlar.
Azərbaycan idman ölkəsi kimi inkişaf və tərəqqi dövrünü yaşayır
Qazaxda fəaliyyət göstərən “Avey” idman klubu göstəricilərini ildən-ilə artırır. Bu klubun timsalında birmənalı şəkildə demək olar ki, Azərbaycan idman ölkəsi kimi özünün inkişaf və tərəqqi dövrünü yaşayır.


Facebook-da paylaş