Onu idmanda hələ daha böyük zirvələr gözləyir
Son dövürlər Azərbaycan siyasi-iqdisadi sahə ilə yanaşı, həm də idman ölkəsi kimi bütün dünyada tanınıb. Beynəlxalq yarışlarda qazanılan uğurlar həm ölkə Prezdentinin idmana göstərdiyi diqqət və qayğıdan, həm də idmançılarımızın əldə etdiyi nailiyyətlərdən irəli gəlir.
İllər ərzində idman sferasında qazanılan uğurlarda idmançımız Orxan Vəliyevin də payı var. Orxan Vəliyev idmana 6 yaşında başlayıb. Uşaq yaşlarından döyüş idman növlərinə həvəsi olan idmançımız üçüncü sinifdən əlbəyaxa idman növünün sirlərini Qazaxın Aslanbəyli kəndində Vaqif müəllimdən, Yuxarı Salahlı kəndində isə Şakir müəllimdən öyrənib. Ramiz müəlimin də üzərində böyük əməyi var.
GOYEZEN.AZ saytına göndərdiyi məlumatda Orxan Vəliyev idmanda əldə etdiyi nailiyyətlərdən danışıb.
- İlk professional döyüşümü 2013-cü il yanvar ayının 10-da əlbəyaxa döyüşdə keçirdim və rəqibimə nakault hesabı ilə qalib gəldim, - deyə o bildirib. – Son vaxtlarda Bakıda Naxçıvan klubda Fəxrəddin müəlimin köməkliyi ilə hazırlığımı daha da gücləndirdim və yarışlarda iştirak etməyi qarşıma məqsəd qoydum. 2013-cü ilin mart ayında İran İslam Respublikasında V.K.B.S-dən ilk dünya çempionatında vuruşdum və qalib gəldim. Həmin vaxt təklif gəldi ki, Qızıl Kəmər döyüşünə hazırlaşım. “Türk eşşəyi” ləqəbli döyüşçü ilə professional döyüşdə vuruşum. Mən 2013-cü ilin dekabr ayının 21-22-də keçirilən döyüşdə həmin Qızıl Kəmərə sahib oldum.
Sonrakı illərdə də uğurlarım çox oldu. Belə ki, I Respublika Çempionatında vuruşaraq respublika çempionu adına layiq görüldüm. 2014-cü ildə BJJ (Braziliski JİU Jutsu) ilk beynəlxalq yarışda güləşdim və qələbə qazandım. 2015-ci ildə Türkiyənin Antalya şəhərində MMA üzrə Dünya Çempionatında iştirak etdim. Noyabır ayının 23-dən 29-dək davam edən yarışdan çempion olaraq Vətənə qızıl medalla qayıtdım.
2016-cı ildə isə Rusiyada keçirilən professional döyüşə dəvət aldım. Sarmat Qucmazovla olan döyüşü yarıda dayandırmalı oldum. Dizimdə yaranan travmaya görə döyüşü ikinciliklə başa vurdum.
Orxan Vəliyev şexsi meşqçisi Şahsuvar Mehyeddinova ona olan dəstəyə görə minnətdarlığını bildirib. İdmançımız hal-hazırda məşqlərini davam etdirdiyini və yeni yarışlarda iştirak edəcəyini də qeyd edib.
Bu yaxınlarda idmançımıza Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən MMA döyüş idman növü üzrə “İdman ustası” dərəcəsi verilib.
GOYEZEN.AZ saytı ve bütün idmansevərlər adından Orxan Vəliyevi bu münasibətlə təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar qazanmasını, Azərbaycanın üçrəngli bayrağını yüksəklərdə dalğalandırmasını arzu edirik. Onu idmanda hələ daha böyük zirvələr gözləyir.

Facebook-da paylaş