İcra başçısı mədəniyyət müəssisələrindəki mövcud şəraitlə tanış olub
Ölkə Prezidenti cənab İlham
Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə mədəniyyət
sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət qayğısı onu söyləməyə
əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə
başçısının və Birinci vitse-prezidentin mədəniyyət sahəsinə olan qayğısı
Qazaxda da hər zaman örnək götürülür. Heç kəsə sirr deyil ki, Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı
ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz mədəniyyət
sahəsidir. Bunu Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz
adamlarının doğum və anım günlərinin keçirilməsindən, tarixi günlərin yüksək
səviyyədə qeyd olunmasından da aydın şəkildə görmək olar. Bundan əlavə, rayonda
hərbi vətənpərvərlik mövzusunda keçirilən silsilə tədbirlər bunun bariz
nümunəsidir. İcra başçısının rayonda
fəaliyyət göstərən mədəniyyət ocaqlarının əsaslı şəkildə təmir edilməsi, həmin
idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin iş şəraitinin
yaxşılaşdırılması istiqamətində gördüyü işlər, atdığı addımlar da bu sahəyə
ayrılan diqqəti əyani şəkildə sübut edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov rayonumuzda fəaliyyət göstərən Mədəniyyət Mərkəzində,
Qazax Dövlət Dram Teatrında, Mərkəzləşdirilmiş Kitabxana Sistemində, şəhər 2
nömrəli Musiqi Məktəbində olub, mədəniyyət ocaqlarının hazırki vəziyyəti,
işçilərin iş şəraiti və pandemiya dövründəki iş fəaliyyəti ilə maraqlanıb. Yaradılan səliqə-sahmanla,
rayon sakinlərinə göstərilən xidmətlərlə tanış olan rayon rəhbəri lazımi
tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş