Əsas Səhifə > Manşet / Mədəniyyət > İcra başçısı mədəniyyət müəssisələrindəki mövcud şəraitlə tanış olub

İcra başçısı mədəniyyət müəssisələrindəki mövcud şəraitlə tanış olub


2-09-2021, 21:14


Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət qayğısı onu söyləməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə başçısının və Birinci vitse-prezidentin mədəniyyət sahəsinə olan qayğısı Qazaxda da hər zaman örnək götürülür.

Heç kəsə sirr deyil ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Bunu Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsindən, tarixi günlərin yüksək səviyyədə qeyd olunmasından da aydın şəkildə görmək olar. Bundan əlavə, rayonda hərbi vətənpərvərlik mövzusunda keçirilən silsilə tədbirlər bunun bariz nümunəsidir. 


İcra başçısının rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının əsaslı şəkildə təmir edilməsi, həmin idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər, atdığı addımlar da bu sahəyə ayrılan diqqəti əyani şəkildə sübut edir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda fəaliyyət göstərən Mədəniyyət Mərkəzində, Qazax Dövlət Dram Teatrında, Mərkəzləşdirilmiş Kitabxana Sistemində, şəhər 2 nömrəli Musiqi Məktəbində olub, mədəniyyət ocaqlarının hazırki vəziyyəti, işçilərin iş şəraiti və pandemiya dövründəki iş fəaliyyəti ilə maraqlanıb.

Yaradılan səliqə-sahmanla, rayon sakinlərinə göstərilən xidmətlərlə tanış olan rayon rəhbəri lazımi tapşırıq və tövsiyələrini verib.


 

GOYEZEN.AZ


Geri qayıt