• Təqvim

  • Maraq



İcra başçısı Qazax Dövlət Rəsm Qalereyasında olub


Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət qayğısı onu deməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə başçısının və Birinci vitse-prezidentin mədəniyyət sahəsinə olan qayğısı Qazaxda da hər zaman nümunə götürülür.

Hər kəsə o da yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Bunu Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsindən, tarixi günlərin yüksək səviyyədə qeyd olunmasından da aydın şəkildə görmək olar. Bundan əlavə, rayonda hərbi vətənpərvərlik mövzusunda keçirilən silsilə tədbirlər bunun bariz nümunəsidir. 

İcra başçısının rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının əsaslı şəkildə təmir edilməsi, həmin idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər, atdığı addımlar da bu sahəyə ayrılan diqqəti əyani şəkildə göstərir. Rayon rəhbərinin mədəniyyət sahəsində xüsusi istedadı ilə fərqlənən yaradıcı gənclərə, gənc rəssamlara, yeniyetmələrə göstərdiyi qayğı, onların əl işləri ilə yaxından tanış olması bu sahəyə olan qayğını özündə əks etdirir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Rəsm Qalereyasında olub. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Qalereyanın dərnək üzvlərinin əl işləri ilə tanış olub. Ölkə Prezidenti İlham Əliyevin 3 noyabr 2019-cu il tarixli Sərəncamı ilə 100 illiyini respublika səviyyəsində qeyd etdiyimiz Qazax Müəllimlər Seminariyasına, 5 yanvar 2021-ci il tarixli Sərəncamla bu il 880 illiyi qeyd edilən dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr olunmuş əl işləri ilə yaxından tanış olan icra başçısı rəsmlərlə bağlı fikirlərini bölüşüb, gənclərin əl işlərini yüksək qiymətləndirib.  








GOYEZEN.AZ



Facebook-da paylaş