İcra başçısı və 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi şəhər və kənd bağçalarında uşaqlara göstərilən qayğı ilə maraqlanıblar
Bu gün əminliklə qeyd edə bilərik ki, müstəqil
ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti uğurla
davam etdirilir. Bu, ölkə Prezidenti İlham
Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənclərə göstərdikləri
qayğıda öz real əksini tapır. Xüsusilə də Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan
"Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən
Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı” və digər proqramların icrası təhsilin inkişafına
böyük töhfədir. Son illər respublikamızın
bütün bölgələrində yeni məktəblərin,
körpələr evi-uşaq bağçalarının inşası, bununla bağlı imzalanan çoxsaylı
Sərəncamlar, həyata keçirilən layihələr də bu dediklərimizin bariz nümunəsidir. Ölkə başçısının regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində
Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Son illər Qazaxda
uşaqlara göstərilən qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25
məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir
tələblərə cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki,
Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz
olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən
bağçalarda yaradılan şərait, nizam-intizam, uşaqlara verilən ərzaqların
keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizi əyani şəkildə
göstərir. Yanvarın 11-də Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Təhsil
Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyevlə birlikdə şəhər və kəndlərdə fəaliyyət göstərən məktəbəqədər
təhsil müəssisələrində olub. Şəhər
1,2,3,4,5,6 saylı, Kosalar kənd 1,2,3 və Daş Salahlı kənd 2,3 saylı Körpələr Evi-Uşaq bağçalarında körpələr üçün yaradılan şəraitlə, uşaqların
davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti,
keyfiyyəti ilə yaxından tanış olan icra başçısı və Mərkəz rəisi körpələrin hər
cür qayğıya, diqqətə layiq olduğunu qeyd ediblər. Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin
tələblərinə, bağçalarda təmizlik
və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün
işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena
qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin
artırılmasının vacibliyini bir daha vurğulayaraq bununla bağlı aidiyyatı üzrə
lazımi tapşırıqlarını veriblər. Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət
qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından
minnətdarlıqlarını bildiriblər. Uşaqlara göstərilən qayğının valideynlər
tərəfindən də razılıqla qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu
ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə
təşəkkürlərini çatdırıblar. Şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçası Şəhər 2 saylı Uşaq bağçası
Şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası Şəhər 4 saylı Körpələr Evi-Uşaq bağçası Şəhər 5 saylı Körpələr Evi-Uşaq bağçası Şəhər 6 saylı Körpələr Evi-Uşaq bağçası Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçası Kosalar kənd 2 saylı Körpələr Evi-Uşaq bağçası Kosalar kənd 3 saylı Uşaq bağçası Daş Salahlı
kənd 2 Uşaq bağçası Daş Salahlı
kənd 3 saylı Körpələr Evi-Uşaq bağçası GOYEZEN.AZ
Facebook-da paylaş