Bu gün Vətən müharibəsi şəhidi Oruc Qasımovun cənnətdəki ilk doğum günü ailəsi ilə birlikdə qeyd edilib
2020-ci
ilin 27 sentyabrında başlayıb 44 gün davam edən Vətən müharibəsində cənab
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə dövlətimizin
qüdrətinin bütün dünyaya nümayişi oldu. Azərbaycanın 44 günlük müharibədə
qazandığı tarixi uğur bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir
və güclü ordusu var. Müzəffər Ordumuzun qazandığı Qələbədə, Zəfərdə payı olan,
Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də
Aşağı Əskipara kənd sakini, MAHHXHQ əsgər Qasımov Oruc Afiq oğludur. Bu gün yaşasaydı 25 yaşını qeyd edəcəkdi qəhrəman
Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3 medalla təltif olunmuş Oruc Qasımovun
cənnətdəki ilk doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları,
şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Bu amili əldə
rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar
günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini,
məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük
məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin
ata ocağında olub, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar. Rayon
rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdıran Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov Oruc
kimi cəsur, döyüşkən oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi
yazıldığını, illər keçsə də gələcək nəsillər üçün örnək olacağını söyləyib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində
qazandığı şanlı Qələbədən danışan S.Çobanov həmin zəfərdə payı olan Oruc kimi
qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. O, Oruc və onun kimi igid oğullarımızla illər keçsə
belə hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik
zirvəsinə yüksələn Orucun təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv
Azərbaycanın övladı olduğunu söyləyib. 44 günlük
savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı
Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu
qeyd edib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə
göstərdikləri qayğının Qazaxda da rayon rəhbərliyi tərəfindən hər zaman əsas
götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının
bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Bütün şəhid ailələri
kimi, Oruc Qasımovun ailəsinə də dövlət və rayon rəhbərliyi tərəfindən daim
diqqət ayrılacağını vurğulayıb. Şəhid
atası Afiq Qasımov oğlu Oruc və onun kimi igid Vətən
oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Şəhid ailəsi
kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib,
ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya,
rayon rəhbərliyinə minnətdarlığını bildirib. Orucun
doğum günündə xatirəsinin yad olunmasını onun timsalında bütün şəhidlərimizə
olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. MAHHXHQ əsgər Qasımov Oruc Afiq oğlu Şəhid Oruc Qasımov 26 oktyabr 1996-cı ildə
Qazax rayonunda anadan olmuşdur. 2003-cü ildə İslam Nəsibov adına Aşağı
Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin
11-ci sinifini bitirmişdir. 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel
ayınadək Cəlilabad rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
"N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2017–ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi
hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ)
kimi xidmət etmişdir. "N” saylı hərbi hissənin heyət nəfəri MAHHXHQ əsgər Oruc Qasımov 13.10.2020-ci
il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər
zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Oruc Qasımov 16.10.2020-ci il tarixdə Qazax
rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Vətən torpaqlarının düşmən
işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid
Oruc Qasımovun da igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid
Oruc Qasımov ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş