Mehriban Əliyeva: Azərbaycan dövlətinin tarixinə həkk olunmuş igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirirəm
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstagram
səhifəsində 27 sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib. Paylaşımda
deyilir: "Əziz bacılar və qardaşlar! Bu gün biz Vətən
müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını
qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə
sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və
ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü
bərpa ediblər. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş
bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir,
Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız
vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət
eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!".
Facebook-da paylaş